Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası milli çempionatların reytinq siyahısını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, Azərbaycan çempionatı 37-ci sırada qərarlaşıb. Topaz Premyer Liqasının hesabında 421 reytinq xalı var. Çempionatımız 6 pillə irəliləyib. Belə ki, Topaz Premyer Liqası ötən siyahıda 43-cü olmuşdu.
Azərbaycan birinciliyi Polşa, Moldova, Serbiya, Estoniya, Danimarka və bir sıra başqa ölkələrin çempionatlarını qabaqlayıb.
İlk sırada İspaniya La Liqası qərarlaşıb - 1259 xal. İtaliya A Seriyası ikinci (998), İngiltərə Premyer Liqası üçüncüdü (958). Rusiya Premyer Liqası 12-ci (653.5), Türkiyə Super Liqası 27-ci (519) olub. Rusiya birinciliyi 4, Türkiyə çempionatı 14 pillə geriləyib. Mənbə
ANS PRESS