Bakı, 14 iyun, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, dünyanın nüfuzlu fotomüxbirlərini bir araya gətirən “gettyimages” saytı Azərbaycanda keçirilən birinci Avropa Oyunları ilə bağlı fotosessiyaları davam etdirir.
Saytın fotomüxbiri Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın idmançılarımızın qələbələrinə sevincini, Azərbaycan, eləcə də Türkiyə atletlərinin qızıl medal həyəcanını, mükafatların təqdim olunma mərasimlərini lentə alıb. Maraqlı məqamlardan ibarət göz oxşayan sessiya “gettyimages”in əsas xəbərində yer alır.
Qeyd edək ki, Böyük Britaniyadan olan fotomüxbir Paul Gilham dünyanın möhtəşəm multi idman yarışları eləcə də Olimpiya Oyunlarından etdiyi çəkilişlərlə tanınır.