Millət vəkili “Park Cinema”nı tənqid etdi: "Matəm günündə komediya..."

Millət vəkili “Park Cinema”nı tənqid etdi: "Matəm günündə komediya..."
20:11 20 Yanvar 2015
166 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün, xalqımızım ümummilli hüzn günündə “Park Cinema”da kinokomediya nümayiş etdirilib”.

Axşam.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fuad Muradov “facebook”dakı rəsmi səhifəsində yazıb.

Deputat məsələyə sərt münasibət bildirib:

”Bu gün, xalqımızım ümummilli hüzn günündə “Park Cinema”da kinokomediya nümayiş etdirilib. Hər birimiz xalqımızın sevincini də, kədərini də yaşamağı bacarmalıyıq. Sözdə deyil, işdə bunu göstərməliyik. Onu da unutmamalıyıq ki, atdığımız hər bir addımı gənclər izləyir, gənclər görür.

Yəni gənclərin tərbiyə olunmasında, formalaşmasında hər kəsin rolu var. Gənclərə örnək olmaq üçün nümunəvi addımlar atmalıyıq. Mən bu hüzn günü xalqımızın dərdinə şərik çıxmayanları qınayıram. Belələri öz səhvlərini anlamalıdırlar. Bu, düzələn səhvlərdir. Səhv edənlər özlərini düzəltməlidirlər”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR