Ronaldu Şeyklə vidalaşdı, yeni sevgili tapdı - FOTOLAR

Ronaldu Şeyklə vidalaşdı, yeni sevgili tapdı -   FOTOLAR
00:37 21 Yanvar 2015
201 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ln futbolçusu Kriştiano Ronaldo ispan teleaparıcı, 22 yaşlı Lusiya Vilyalon Purasla görüşməyə başlayıb. Fanat.az xəbər verir ki, portuqaliyalı ulduzun tatar supermodel İrina Şeyklə illərdən bəri davam edən münasibətləri bitmədən Vilyaonla birlikdə olduğu iddia edilib.

 

Yanvarın 18-də Vilyalon "Real" - "Xetafe" (3:0) matçında olub. Ronaldo isə İrina Şeyklə 5 ildən bəri davam edən münasibətlərini yanvarın 17-də bitirib.

 

Səbəbin onun Vilyalonla əlaqələrində Şeykin xəbər tutması olub. Daha doğrusu, yanvarın 13-də Vilyalon "Twitter"dəki profilində Ronaldo ilə "selfi" fotosunu yerləşdirib. Foto Ronaldonun "Qızıl top" mükafatı aldığı Sürixdən qayıtdığı təyyarədə çəkilib.

 

Bundan başqa, Ronaldonun tələblərindən biri də Şeykin karyerasını başa vuraraq, ana və ev xanımı olması idi. İrina isə bununla razılaşmayıb.

 

Ronaldo tatar supermodellə münasibətlərin kəsilməsini dürüst addım adlandırıb: "5 il davam edən münasibətlərimiz bitdi. Bu addımı indi atmağın hər ikimiz üçün yaxşı olacağı qənaətinə gəldik. Şeykə səadət arzulayıram".


Fanat.az












Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldu-eykl-vidalad-yeni-sevgili-tapd-t17646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR