Düynanın ən məşhur və ekstravaqant müğənnilərindən biri, 29 yaşlı amerikalı Ledi Qaqa Bakıda 1-ci Avropa Oyunlarının açılış mərasimində mərhum Con Lennonun "İmagine" mahnısını ifa etmişdi.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Ledi Qaqa rəfiqələri ilə birlikdə Baham adalarındadır.
Atlantis Peradays Aylenddə (Atlantis Paradise Island) istirahət edən Ledi Qaqa okean sularına dalaraq çiməndən sonra balıq da tutub.
Onu nişanlısı, əslən İngiltərənin Lançester qraflığından olan, hazırda ABŞ-ın Pensilvaniya ştatındakı Neffsuill şəhərində yaşayan Teylor Kinni müşayiət edir.
Milli.Az































