Tərtibatçılar üçün yeni statistikaya əsasən, 20 yanvar tarixinə “iOS 8” əməliyyat sistemi “Apple”ın mobil qurğularının 70 faizinə quraşdırılıb. “Alma” şirkəti sonuncu dəfə 2 həftə bundan əvvəl “iOS” platformasının müxtəlif versiyalarının yayılma statistikasını dərc edib.
Bu müddət ərzində "iOS 8" platformasının bazar payı 1 faiz artıb.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “iOS 8” mobil əməliyyat sisteminin yayılma tempi “iOS 6” və “iOS 7”-dən geri qalmağa davam edir. “iOS 8” platformasının yayılma tempinin zəif olması qurğuda boş disk sahəsinin həcminə yüksək tələbat, birinci versiyada səhvlərin olması ilə izah edilir.
Emil Hüseynov