İstedadı ilə yanaşı, ekstravaqantlığı ilə də dünyaca məşhur olan amerikalı müğənni Ledi Qaqanın Baham adalarındakı istirahəti davam edir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 29 yaşlı müğənni okean sahilində improvizə edilmiş fotosessiyaya çəkilib, sonra da bəzi fotoları İnstagram-dakı profilində paylaşıb.
Ledi Qaqa bu axşam Nyu-Yorka qayıdacaq. Sabah o, "Atlantis Paradise Island"da konsert verəcək.
Fevralın 24-də aktyor Teylor Kinni ilə nişanlanmış Ledi Qaqa toyun nə zaman olacağını açıqlamayıb.
Milli.Az




