Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Ənvər Məmmədov/
Bakı-2015 Avropa Oyunları çərçivəsində kişilər arasında kamandan oxatma üzrə komanda çoxnövçülük yarışları yekunlaşıb.
Trend-in məlumatına görə, finalda İspaniyanı 5:4 hesabı ilə məğlub edən Ukrayna birinci olub.
Fransanı 5:3 hesabı ilə məğlub etmiş Niderland isə üçüncülüklə kifayətlənib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az