Bakı, 18 iyun, S.Allahverdiyeva, A.Yadigarov, AZƏRTAC
Boks üzrə Azərbaycan millisnin üzvü Kollazo Sotomayor “Bakı-2015” ilk Avropa Oyunlarında səkkizdəbir final mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz onaltıdabir final mərhələsində sloveniyalı idmançı Edin Sejdinoviçi məğlub edib. Görüşdən sonra Kollazo Sotomayor qələbə təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: “Heç vaxt asan döyüş olmur. Rinqə çıxan hər bir idmançı qələbə qazanmaq istəyir. Bunun üçün mən də üzərimdə çox çalışıram. Növbəti mərhələdə rəqibim Moldova idmançısı olacaq. O, çox güclü boksçudur. Lakin düşünürəm ki, mənim şanslarım daha yüksəkdir. Əminəm ki, bütün rəqiblərimə qalib gələrək Azərbaycana daha bir qızıl medal qazandıracağam”.