Taekvondoçumuza qızıl medalı Azərbaycan prezidenti İlham Əliyev təqdim edib

23:17 18 İyun 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

[ 18 İyun 2015 23:11 ]


Bakı-APA. Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana 12-ci qızıl medalı taekvondoçumuz Milad Beiqi Harçeqani qazandırıb. Apasport.az saytının məlumatına görə, 80 kq çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə Rusiya təmsilçisi Albert Quana qalib gəlib.

 

Nəticədə Harçeqani çempion olaraq, ilk Avropa Oyunlarının birincisi adına layiq görülüb.

 

Bu görüşü Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri də izləyiblər.

 

 

Fəxri kürsüyə qalxan Harçeqaniyə qızıl medalı prezident İlham Əliyev təqdim edib.

 

 

Daha sonra himn sədaları altında dövlət bayrağımız dalğalanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387726

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR