"Bakı-2015": İradə Aşumova hədəfi vura biləcək? - YENİLƏNİR

"Bakı-2015": İradə Aşumova hədəfi vura biləcək? -   YENİLƏNİR
10:27 19 İyun 2015
53 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında atıcılıq idmanının 3 növündə yarışlar keçiriləcək. Fanat.az xəbər verir ki, tamaşaçılar qadınların 50 metrdən 3 vəziyyətdə tüfənglə və 25 metrdən tapança ilə atəş açmasında, həmçinin kişilərin qoşa səngər stendində mübarizəyə şahid olacaq.
 
Bu gün Azərbaycan idmançılarından yalnız biri hədəf önünə keçəcək. Komandamızın ən təcrübəli üzvü İradə Aşumova 25 metr məsafədən hədəfə düşməyə çalışacaq. O, saat 09:00-da start götürəcək təsnifat mərhələsinin sərrast hissəsində uğur qazanmalıdı.
 
10 metrdən atəş açmaqda uğursuz çıxış edən olimpiya mükafatçımız daha güclü olduğu məsafədə çıxış edəcək. 2-ci qrupda qüvvəsini sınayacaq idmançımız 30-cu atəş xəttində qüvvəsini sınayacaq.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbak-2015quot-rad-aumova-hdfi-vura-bilck-t41728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR