İmişlidə ov faciəsi: özünü güllələyib öldürdü

İmişlidə ov faciəsi: özünü güllələyib öldürdü
13:04 21 Yanvar 2015
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 20-də İmişli rayonunun Xubyarlı kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Muğdad İsrafilov ov edərkən ehtiyatsızlığı nəticəsində tüfəngdən açdığı atəşlə özünə bud nahiyəsindən xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş M.İsrafilov orada ölüb.

 

İmişli RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190976

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR