Milli.Az Bakı-2015-in rəsmi saytına istinadən bildirir ki, Avropa Oyunlarının 8-ci günündə Bakı Kristal Zalında qadınlar və kişilər arasında boks yarışları başlandı.
Qadınlar arasında yüngülvari çəkidə (48 - 51 kq) təmsilçimiz Anaxanım Ağayeva 13:15-də rinqə çıxacaq. Onun 1/8 final mərhələsindəki rəqibi Polşa təmsilçisi Sandra Drabik olacaq.
Qadınlar arasında orta çəki (69 - 75 kq) dərəcəsində ölkəmiz adına Leyla Cavadova döyüşəcək. 19:00-da başlanacaq 1/8 final mərhələsindəki görüşdə Leyla rusiyalı Yaroslava Yakuşina ilə döyüşəcək.
Kişilər arasında ən yüngülvari çəkidə (46 - 49 kq) S.Əlizadənin rəqibi iştirak etmədiyindən o, yarışa birbaşa 1/4 final mərhələsindən başlayacaq. Rəqib və vaxt dəqiqləşdiriləcək.
Kişilər arasında yarım-yüngül çəkidə (56 kq) Tayfur Əliyev 1/8 finalda Rumıniya təmsilçisi Nikolae Andreyana ilə qarşılaşacaq. Görüş 15:00-da başlanacaq.
Kişilər arasında yarım-ağır çəkidə (81 kq) Teymur Məmmədov 21:15-də rinqə çıxacaq. 1/8 finalda onun rəqibi polşalı Yordan Kulinski olacaq.
91 kq-da Məhəmmədrəsul Məcidov da yarışlara 1/8 final mərhələsindən başlayacaq. Onun rəqibi Gürcüstan təmsilçisi Mixeil Baxtidze olacaq. 21:45-də Məhəmmədrəsula azarkeşlik etməyi unutmayın!
İdmançılarımıza uğurlar arzulayırıq!
Milli.Az