Jak For: "Azərbaycana təsir edəcək güc yoxdur"

Jak For: "Azərbaycana təsir edəcək güc yoxdur"
14:06 19 İyun 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycana təsir etmək üçün indi çox az təsir mexanizmləri var."

ANS PRESS-in məlumatına görə, bu fikri İrəvanda iki gündür işə başlayan NATO-nun Parlament Assambleyasının 89-cu "Rose-Roth" seminarı zamanı ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak For deyib.

O, Ermənistan parlamentinin deputatı Tevan Poqosyanın "Qarabağ münaqişəsi zonasında atəşkəs rejimini daim pozan Azərbaycanın cəzalandırılması üçün ATƏT-in Minsk qrupunda hansı mexanizmlər mövcuddur" sualına cavabında bir daha xatırladıb ki, Azərbaycana təsir göstərmək üçün nə maliyyə imkanları, nə də bu ölkənin beynəlxalq təşkilatlardan məhrum edilməsi üçün mexanizmlər və vasitələr yoxdur. Ona görə, ancaq və ancaq inam yaratmaq metoduna üstünlük vermək lazımdır və buna təkid etmək lazımdır."

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR