x
Loading...

Yerli azarkeş: "Milli Gimnastika Arenasında gimnastlarımızın çıxışları zövq verir"

Yerli azarkeş: "Milli Gimnastika Arenasında gimnastlarımızın çıxışları zövq verir"
13:37 19 İyun 2015
28 İdman
Ölkə mətbuatı
A- A+
.

"Hər dəfə bu möhtəşəm Milli Gimnastika Arenasında yarışlar keçiriləndə gəlib baxmağa çalışırıq. Bu bizə çox zövq verir və idmançılarımızın qələbələri bizi sevindirir". Bunu Trend-ə birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında keçirilən yarışları izləməyə gəlmiş gimnastika həvəskarı Nəsimi Ələkbərov deyib.

N.Ələkbərov gimnastlarımızın Avropa Oyunlarında çıxışlarını yüksək dəyərləndirir: "Azərbaycan gimnastları artıq iki medal qazanıblar. Nəzərə alsaq ki, Azərbaycanda gimnastika son illərdə inkişaf etməyə başlayıb, doğrudan da bu yüksək nəticədir. Yəni gimnastikanın uzun illərdir ki, inkişaf etdiyi Avropa dövlətləri içərisində belə yüksək nəticəyə nail olmaq, əlbəttə, Azərbaycanda da gimnastikanın yaxşı inkişaf etdiyini göstərir. Biz fəxrlə gəlib bu möhtəşəm arenada idmançılarımızın uğurlarının şahidi oluruq. Sağ olsun dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ki, bu cür gözəl işlər görürlər".

N.Ələkbərov birinci Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən də danışıb: "Bu Oyunlar bizim dövlətimiz üçün çox xeyirlidir. Dünya dövlətləri Azərbaycanla, ölkəmizin mədəniyyəti, milli mətbəxi, gözəl yerləri ilə tanış olur, ölkəmizin inkişafını görürlər. Azərbaycan dünyada yaxşı təbliğ olunur".

Milil.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR