Mourinyo və Abramoviç onu arzulayır

Mourinyo və Abramoviç onu arzulayır
13:14 21 Yanvar 2015
172 İdman
Ölkə mətbuatı
A- A+

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo bildirib ki, London klubuna ilk gəldiyi vaxt “Liverpul”un əfsanəvi kapitanı Stiven Cerrardı transfer etmək fikrinə düşüb.

 

Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Mourinyo deyib ki, 2005-ci ildə Cerrardın “Çelsi”yə keçidi son anda baş tutmayıb:

“Biz onu heyətimizə qatmaq üçün əlimizdən gələn hər şeyi etdik. Mən Makalele - Cerrard – Lempard triosunu xəyal edirdim. Makalele dayaq yarımmüdafiəçi funksiyasını yerinə yetirirdi, amma komanda da 10 nömrə çatışmırdı. Ona görə də üçlüyün formalaşması üçün “Liverpul”un əfsanəsinə ehtiyacımız var idi. Mənimlə yanaşı, Kenyon (Piter Kenyon – “Çelsi”niun sabiq icraçı direktoru) və Abramobiç də ulduz futbolçunun xəyalı ilə yaşayırdıq. Amma nədənsə keçid baş tutmadı. Onu da bildirim ki, futbolçunun yaxınları transferin əleyhinə olmasalar da, Cerrard özü mənə bu barədə heç nə deməmişdi”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR