"Qarabağ" Avstriyada

"Qarabağ" Avstriyada
16:42 19 İyun 2015
61 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" 2015/16 mövsümünün hazırlığına start verdib. Fanat.az xəbər verir ki, son ölkə çemponu və kubokun sahibi ötən il olduğu kimi bu dəfə də təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.  

Avstriya-Almanya sərhədində, Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşan komanda ötən ilki oteli seçib. 21 günlük təlim-məşq toplanışı keçirməyi planlaşdıran "Qarabağ" dünən Bakı-İstabul-Münhen reysiylə günorta saaatlarında ölkəni tərk edib. Bavariya əyalətinin ən böyük şəhərindən isə komanda avtobusla Kössenə yollanıb. Təxminən saat yarımlıq yolçuluqdan sonra ağdamlılar Bakı vaxtı ilə 03.00 radələrində Alp dağlarının yamacında yerləşən otelə çatıb.

"Qarabağ" təlim-məşq toplanışına tam heyətlə yollanmayıb. Əsas və U-21 millilərimizə çağırılan futbolçular mövsümü gec qapadığından komandaya iyunun 23-ündə qoşulacaqlar. Ötən mövsümün gedişində transfer olunsa da, reqlament səbəbindən meydana çıxma şansı olmayan Dani Kintana da Münhendə komandaya qoşulub. Digər legionerlər isə bu gün və sabah düşərgəyə qoşulacaqlar. Sadəcə, sentyabrdan zədəli olan braziliyalı Çumbinyonun  iyunun 30-da təlim-məşq toplanışına qoşulacağı gözlənilir.

"Qarabağ"ım Avstriyada təlim-məşq toplanışı müddətində 3 və ya 4 yoxlama oyunu keçirəcəyi gözlənilir. Oyunlar iyunun 30-na, iyulun 3, 7 və 8-nə planlaşdırılır.

Bu günə "Qarabağ"ın bir məşqi təyin olunub. Komanda yerli vaxtla 18.00-da (Bakı vaxtı ilə 21.00) günün yeganə çalışması başlayacaq.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-avstriyada-t41753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR