İyunun 20-si və 21-də Ekspres avtobusların marşrutlarına müəyyən dəyişikliklər ediləcək

İyunun 20-si və 21-də Ekspres avtobusların marşrutlarına müəyyən dəyişikliklər ediləcək
18:58 19 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 10 iyun, AZƏRTAC
İyun ayının 20 və 21-i keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları Yol Velosiped Yarışı ilə əlaqədar olaraq, altı Ekspres avtobus marşrutlarına X14, X15, X16, X18, X19, X20 müəyyən dəyişikliklər ediləcək.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən AZƏRTACA-a bildiriblər ki, 20 iyun (05:30-dan 21:00-dək) və 21 iyun (03:30-dan 21:00-dək) X14, X15, X16, X18, X19, X20 Ekspres avtobusları qeyd olunan saatlarda 28 May və Elmlər Akademiyası metro stansiyalarından deyil, “Azneft” dairəsindən heç bir ara dayanacağı olmadan xidmət göstərəcəklər.
Tamaşaçılara “Azneft” dairəsinə yaxın olan “İçərişəhər” metro stansiyasından istifadə etmələri tövsiyə olunur.
Ekspres avtobusların fəaliyyəti 20 və 21 iyun tarixlərində 21:00-dan əvvəlki qaydada bərpa olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iyunun_20_si_ve_21_de_Ekspres_avtobuslarin_marsrutlarina_mueyyen_deyisiklikler_edilecek-865386

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı