Putin: “Rusiya Qərblə əməkdaşlığa hazırdır”

Putin: “Rusiya Qərblə əməkdaşlığa hazırdır”
19:05 19 İyun 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ilə əlaqələrin genişlənməsinə baxmayaraq, Rusiya Qərb ilə əməkdaşlığa hazırdır.

APA-nın "gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda deyib.

"Yeni qlobal artım mərkəzləri ilə fəal əməkdaşlıq Qərb tərəfdaşlarımızla dialoqa az önəm verməyimiz anlamına gəlmir. Əminəm ki, əməkdaşlığımız mütləq davam etdiriləcək", - deyə V. Putin vurğulayıb.

Rusiya prezidenti Latın Amerikası və BRİKS ölkələri ilə iqtisadi əməkdaşlığın böyük potensialının olduğunu vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR