Denis Klyuev: “Bakı-2015” karatenin Olimpiya proqramına salınması istiqamətində böyük addımdır

Denis Klyuev: “Bakı-2015” karatenin Olimpiya proqramına salınması istiqamətində böyük addımdır
20:53 19 İyun 2015
67 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Rusiyalı tanınmış karate ustası Denis Klyuev Bakıda keçirilən birinci Avropa Oyunlarından və karatenin yarışların proqramına daxil edilməsindən məmnunluqla bəhs edib.
AZƏRTAC xəbər verir ki, www.karate.ru idman portalına müsahibə verən D.Klyuev karatenin Avropa Oyunlarının proqramına daxil edilməsini bu idman növünün Olimpiya proqramına salınması istiqamətində böyük addım kimi qiymətləndirərək deyib: “Əminəm ki, birinci Avropa Oyunları karatenin Olimpiya proqramına daxil edilməsi istiqamətində böyük addımdır. Bu idman növü sürətlə inkişaf edir, qaydalar müntəzəm olaraq təkmilləşdirirlir, karateçilər yüksək texnika nümayiş etdirirlər. Fikrimcə, yaxın gələcəkdə karatedə maraqlı təkamülün şahidi olacağıq”.
Avropa Oyunlarında iştirak edən karateçilər haqqında danışan D.Klyuev Azərbaycan təmsilçisi Rafael Ağayevi xüsusi qeyd edib: “Şübhəsiz, izləməli karateçilər var. Bu yarışlarda yalnız ən güclü karateçilər mübarizə aparırlar. Rafael Ağayev ondan gözlənilənləri doğrultdu – sürəti, taktikası və texnikası yüksək səviyyədədir. Qalib gələn digər karateçilər haqqında da xoş sözlər söyləmək olar”.
Tanınmış mütəxəssis Avropa Oyunlarında təşkilatçılığın ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. “Burada hər şey ən yüksək səviyyədə təşkil olunub. Elektron biletlərin mübadiləsi və şəhərdə pulsuz gəzintiyə qədər hər şey mükəmməldir. Şəhərdə qonaqlara kömək etməyə hazır olan minlərlə könüllü fəaliyyət göstərir. Mən özüm dəfələrlə onların köməyinə ehtiyac duymuşam. Azərbaycanlılar çox mehribandırlar. Açılış mərasimində Rusiya nümayəndə heyətinin coşqu ilə alqışlanması isə məni çox qürurlandırdı”.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://karate.ru/articles/denis-klyuev-evro-igry-v-baku-bolshoj-shag-ko-vstu/

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Denis_Klyuev_Baki_2015_karatenin_Olimpiya_proqramina_salinmasi_istiqametinde_boyuk_addimdir-865428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR