Qlazqoda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

13:48 21 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Böyük Britaniyanın Qlazqo Universitetində təhsil alan azərbaycanlı tələbələr “Mənim adım 20 Yanvardır” (“My name is 20 January”) adlı anım aksiyası keçiriblər.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından (ATGTİ) AzərTAc-a bildiriblər ki, aksiya çərçivəsində soydaşlarımızla birgə təhsil alan əcnəbilər Qlazqo Universitetinin müxtəlif yerlərində üzərində 1990-cı il yanvarın 20-də Vətənimizin müstəqilliyi uğrunda canlarından keçən insanların ad və soyadları çap edilən kağızlar tutaraq, dünya ictimaiyyətinin diqqətini 20 Yanvar faciəsinə cəlb ediblər.
Aksiyanın təşkilatçısı, ATGTİ-nin beynəlxalq əlaqələr departamentinin sabiq direktoru Toğrul Məmmədlinin sözlərinə görə, tədbirdə Azərbaycan da daxil olmaqla 30-a yaxın ölkənin (Meksika, Moldova, Pakistan, Vyetnam, Fransa və s.) tələbələri iştirak ediblər.
“Onların hər birinə 20 Yanvar hadisələri, şəhidlərimiz, Azərbaycanın müstəqillik dövründəki ilk addımları və ölkəmizin indiki inkişafı, uğur və nailiyyətləri haqqında da geniş məlumat verilib”, – deyə Toğrul Məmmədli bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qlazqoda_20_Yanvar_faciesi_qurbanlarinin_xatiresi_anilib-826341

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR