Tarzən Ramiz Quliyev “Dostluq” ordeni ilə təltif edilib

Tarzən Ramiz Quliyev “Dostluq” ordeni ilə təltif edilib
03:08 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının xalq artisti, Dövlət Mükafatı laureatı tarzən Ramiz Quliyev Alman-Azərbaycan Cəmiyyətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, tarzən Ramiz Quliyevlə bərabər, bu ordenə tanınmış alman dirijoru, “Qut-İmmlinq” opera festivalının bədii rəhbəri, Azərbaycanın yaxın dostu Korneliya fon Kersenbrok da layiq görülüb.
Təqdimat mərasimində ordeni tarzən Ramiz Quliyevə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar təqdim edib. Təqdimat mərasimindən sonra professor Ramiz Quliyev və tanınmış ifaçıların iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub. Konsertin sonunda Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev mükafat sahiblərini təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb.
Alman-Azərbaycan Cəmiyyətinin yüksək mükafatı olan “Dostluq” ordeni Azərbaycan ilə Almaniya arasında mədəni əlaqələrinin inkişafında xüsusi xidmətləri olan görkəmli elm və incəsənət xadimlərinə təqdim olunur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tarzen_Ramiz_Quliyev_Dostluq_ordeni_ile_teltif_edilib-865505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR