Mollalar kanalı vasitəsilə 1600 hektara yaxın əkin sahəsi suvarma suyu ilə təmin ediləcək

Mollalar kanalı vasitəsilə 1600 hektara yaxın əkin sahəsi suvarma suyu ilə təmin ediləcək
11:48 20 İyun 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+


Tərtər, 20 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon suvarma sistemləri idarəsinin rəisi Zahid İbrahimov AZƏRTAC-a bildirib ki, Mollalar, İsmayılbəyli, Qaraqoyunlu kəndlərinin 1600 hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi, suvarma zamanı su itkisinin qarşısının alınması məqsədilə Mollalar kanalına beton üzlük çəkilir. Uzunluğu 3 kilometr olan kanalın artıq 1270 metr hissəsində betonlama işləri başa çatıb, 3 körpü, 2 suburaxan qapı quraşdırılıb. İlin sonunadək beton üzlüyün çəkilməsinin başa çatdırılması, 2 körpü, 4 suburaxan qapının quraşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, cari ildə rayonun suvarma kanallarında 205 min kubmetr lildən təmizləmə işi aparılıb. Başlanğıcını R-7-1 kanalından götürən Cəmilli arxında 200 metr uzunluğunda beton üzlük çəkilib. Bu ilin sonunadək Kəngərli, Sarıcalı və Qarağacı arxlarının hər birində 100 metr uzunluğunda beton üzlüyün çəkilməsi və hər arxın üzərində subölüşdürücü qovşağın tikilməsi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mollalar_kanali_vasitesile_1600_hektara_yaxin_ekin_sahesi_suvarma_suyu_ile_temin_edilecek-865540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR