Denis Masseqlia: Azərbaycandakı idman infrastrukturu daha böyük miqyaslı tədbirlər keçirməyə imkan verir

13:18 20 İyun 2015
27 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycandakı mövcud idman infrastrukturu bu ölkədə daha böyük miqyaslı idman tədbirləri keçirməyə imkan verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “francetvsport.fr” portalına müsahibəsində Fransanın İdman və Olimpiya Komitəsinin prezidenti Denis Masseqlia deyib. O bildirib ki, 2016-cı və 2020-ci illər Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüş Azərbaycan Avropa Oyunlarında əldə etdiyi uğurlara əsaslanaraq yenidən bunun üçün şansını sınaya bilər. Azərbaycan 2024-cü il Olimpiya Oyunları üçün iddiaçılardan ola bilər.
Müsahibədə Avropa Oyunları ilə bağlı geniş məlumat verilib və bu Oyunların yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda lazımi işlərin görüldüyü bildirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Denis_Masseqlia_Azerbaycandaki_idman_infrastrukturu_daha_boyuk_miqyasli_tedbirler_kechirmeye_imkan_verir-865583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR