Cəbhəyanı kəndlərdə böyük təhlükə (VİDEO)

Cəbhəyanı kəndlərdə böyük təhlükə (VİDEO)
13:41 20 İyun 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan tərəfinin cəbhədə törətdiyi son yanğınlar təmas xəttinə yaxın yerləşən kəndlərdə yaşayan əhalinin həyat şəraitini çətinləşdirir.

ANS TV-nin məlumatına görə, qarşı tərəfin mövqelərindən aydın göründüyündən əkin sahələrinə əsasən hava qaralandan sonra çıxan sakinlər son günlər ərazidə gəmiricilərə tez-tez rast gəlidiklərini deyir. Aclıq və yanma qorxusu yırtıcıların kütləvi şəkildə yaşayış məntəqələrinə keçməsinə səbəb olur.

Çəmənli kənd sakini Əhməd Əhmədov deyir ki, kəndin 500 hektar ərazisi cəbhə xətti lə sərhəddə yerləşir. Siçanlar taxıl və yonca sahələrinə hücum edir.

Alovun yaxınlıqdakı əkin sahələrinə keçmə ehtimalı və yanğından sonra ərazidə sürünənlərin çoxalması insanların təsərrüfatla məşğul olmasına mane olur.

Çıraqlı kənd sakini Habil Abbasov taxıl sahələrinin biçilməsində çətinlikər yarandığını deyir. Yandırılmış sahələrdə olan ilanlar, vəhşi heyvanlar, kirpilər kənd əhalisinin başqa sahələrdə də işləməsinə maneçilik törədirlər.

Son bir neçə gün ərzində Ağdam MRX-na ilan və əqrəb sancmasıyla 3 nəfər daxil olub. Müraciət edənlərin hər üçü cəbhə xəttinə yaxın yerləşən kəndlərin sakinləridir.

Həkim Elxan Ələsgərovun fikrincə ilanlar cəbhə zonasına yaxın olan kəndlərdən gəliblər. Daxil olan xəstələrin hamısına vaxtında yardım edilib.

Xəstəxanadan onu da bildirdilər ki, ehtiyyatda kifayət qədər ilan zəhəri əleyhinə zərdab var. Ağdam rayon 14 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən də son illərdə rayon ərazisindəki vəhşi heyvanların və sürünənlərin sayında artım olduğunu təsdiqlədilər. Səbəb isə bölgədə ekoloji tarazlığın pozulmasıdır ki, bunun da mənbəyi işğal altındakı ərazilərdir. Yanğınlar və işğal altındakı sahələrdə uzun müddət əkin aparılmaması torpağın üst qatının da sıradan çıxmasına səbəb olur. Belə sahələrin münbitliyinin bərpa olunmasına isə 10 illərlə vaxt lazımdır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=352072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR