Elvin Məmişzadə: “Qızıl medal qazanıb, bayrağımızı qaldırmaq arzusundayam”

16:42 20 İyun 2015
329 İdman
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 16:40 ]


Bakı-APA. “Bir qələbə ilə kifayətlənmək fikrində deyiləm”.

 

Bunu Apasport.az saytına Azərbaycanın boks yığmasının liderlərindən olan, I Avropa Oyunlarına qələbə ilə başlayan Elvin Məmişzadə deyib.

 

1/8 final mərhələsində İrlandiya təmsilçisi Mayls Kesiyə qalib gələn Məmişzadə görüşdən sonra bir qələbə ilə kifayətlənmək fikrində olmadığını qeyd edib.

 

 O bildirib ki, növbəti görüşlərdə də qalib gəlməklə, Avropa Oyunlarının qalibi olmaq fikrindədir: “1/8 final görüşüm normal keçdi. Şadam ki, rəqibimə qalib gəlib, növbəti mərhələyə adladım. Çalışacağam ki, növbəti döyüşlərdə özümü daha yaxşı göstərim. Qızıl medal qazanıb, bayrağımızı qaldırmaq arzusundayam”.

 

Məmişzadə ona dəstək olan azarkeşlərə təşəkkür edib: “İlk görüşümdə azarkeşlər mənə yaxşı dəstək oldular. Hamısına minnətdaram. İnanıram ki, növbəti döyüşlərimdə də bu cür dəstəklə qarşılaşacağam”.

 

Qeyd edək ki, E. Məmişzadə 1/4 finalda bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək. İyunun 22-nə təsadüf edəcək qarşılaşma saat 19:30-da başlayacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR