AGERPRES agentliyi Azərbaycan-Rumıniya əlaqələrindən bəhs edir

AGERPRES agentliyi Azərbaycan-Rumıniya əlaqələrindən bəhs edir
16:53 20 İyun 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+


Buxarest, 20 iyun, AZƏRTAC
Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycan ilə Rumıniya arasında 23 illik diplomatik əlaqələrin tarixindən bəhs edən məqalə yayıb. AGERPRES-in müxbirləri xanım Doina Lecea və İrina Andreea Kristea tərəfindən yazılmış məqalədə diplomatik əlaqələrin xronologiyası diqqətə çatdırılır, vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin rumın həmkarları ilə birlikdə əlaqələrimizin möhkəmlənməsi üçün göstərdikləri səylər qeyd edilir.
Müəlliflər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Rumıniyadakı xeyriyyəçilik fəaliyyəti, Fondun bu ölkədə nümayəndəliyinin açılması, Rumıniya ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin imzalanması və s. barədə də yazırlar. Eyni zamanda, AGERPRES ilə AZƏRTAC arasında cari il martın 2-də Anlaşma Memorandumunun imzalanması media sahəsində əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirilir. Müəlliflər iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını, iqtisadi əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlərin olduğunu bildirirlər.
Məqalədə “Bakı-2015” ilk Avropa Oyunları barədə də məlumat verilir, Rumıniyanın bu Oyunlarda 147 idmançısının iştirak etdiyi diqqətə çatdırılır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AGERPRES_agentliyi_Azerbaycan_Ruminiya_elaqelerinden_behs_edir-865675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR