x
Loading...

"Bakı-2015"in final yarışlarına əlavə biletlər satışa çıxarılacaq

"Bakı-2015"in final yarışlarına əlavə biletlər satışa çıxarılacaq
18:17 20 İyun 2015
57 İdman
Ölkə mətbuatı
A- A+
.

“Bakı-2015”in final yarışlarının biletləri tam satıldığı üçün əlavə biletlər satışa çıxarılacaq. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsindən APA-ya verilən məlumatda yeddi idman növü üzrə final mərhələlərinin biletlərinin satıldığı və səkkiz populyar idman növü üçün əlavə biletlərin satışa çıxarıldığı açıqlanıb.
 
I Avropa Oyunlarında dünya miqyaslı yarışların başa çatmasına səkkiz gün müddət qalmaqdadı və 3x3 basketbol, BMX, boks, suyatullanma, gimnastika, üzgüçülük və voleybol yarışlarının final mərhələlərinin biletləri satılıb.
 
Qeyd olunub ki, Avropa Oyunları "idman bayramı" kimi qeyd edilir və 12 iyun tarixində baş tutmuş açılış mərasimindən sonra avropalı idmançılar dünya səhnəsində parlaq çıxışlar nümayiş etdirir və rekord sayda yerli azarkeşlər onları dəstəkləməkdə davam edirlər. Ötən bir neçə gün ərzində iyirmi idman növü üzrə hər gün orta hesabla 13000 bilet satılıb:  
 
“Şübhəsiz, 3x3 basketbol (təsnifat mərhələsi), çimərlik futbolu, suyatullanma (təsnifat mərhələsi), cüdo, sambo, üzgüçülük (təsnifat mərhələsi), voleybol (təsnifat mərhələsi) və su polosu yarışlarının müxtəlif mərhələləri üzrə əlavə biletlərin satışa çıxarılması yerli azarkeşlər üçün sevindirici xəbərdi”.
 
“Bakı-2015”in biletlərinə artan tələbat barədə danışan gənclər və idman naziri və “Bakı-2015”in baş icraçı direktoru cənab Azad Rəhimov deyib ki, Azərbaycan xalqının Avropa Oyunlarına olan marağı inanılmazdı: “İdman arenalarına toplaşan azarkeşlərin sayı və onların bütün idmançılara, xüsusi ilə Azərbaycan idmançılarına göstərdiyi dəstək bizi sevindirir. Avropa Oyunlarının ikinci həftəsinə daxil olduğumuz ərəfədə biz Bakıdakı arenalarda rekord sayda tamaşaçını qəbul etməyə hazırlaşırıq və hər kəsi bu tarixi idman tədbirinin bir hissəsi olmağa səsləyirik”.
 
Məlumatda hələ də biletlərin olduğu vurğulanıb. Yarışları canlı izləmək istəyən hər kəs ödənişsiz şəkildə 2015 nömrəsinə zəng edə və "Bakı-2015" Tamaşaçı Məlumat Mərkəzindən məlumat ala bilər.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbak-2015quotin-final-yarlarna-lav-biletlr-sata-cxarlacaq-t41790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR