Polşa yığması: "İlk Avropa Oyunları Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynayır"

Polşa yığması: "İlk Avropa Oyunları Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynayır"
14:08 21 İyun 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

"Şübhəsiz ki, ilk Avropa Oyunları Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynayır". Bu barədə Trend-ə Polşanın su idmanı növləri üzrə yığmasının üzvü Arkadiuş Pyotr Zalevski bildirib.

Onun sözlərinə görə, birmənalı şəkildə demək olar ki, bu irimiqyaslı tədbir ən yüksək səviyyədə keçirilir və yarışlarda gözəl ab-hava hökm sürür: "Biz məşqlərə 4 gün əvvəl başlamışıq. Burada hovuz çox gözəldir, təşkilatçılıq çox yaxşıdır. Biz yarışdan əvvəl çox məşq etmişik. Düşünürəm ki, yaxşı nəticə göstərəcəyik və burada qazandığımız xallar nəticəsində Rio-2016 olimpiadasına lisenziya əldə edəcəyik".

Onun sözlərinə görə, komanda yarışdan sonra istirahət günlərində Azərbaycanın mədəniyyəti, görməli yerləri ilə yaxından tanış olmağı planlaşdırır: "Hələlik isə qələbəyə köklənmişik".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR