"Brilliant Dadaşovada o alınmayacaq"

"Brilliant Dadaşovada o alınmayacaq"
16:05 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Baloğlan Əşrəfov gənc istedadlara hər zaman dəstək olduğunu deyib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" verilişinin qonağı olan müğənni indiyədək gənclərə onun mahnılarını səsləndirməyi qadağan etmədiyini deyib:

"Gənclər məndən mahnımı oxumaq üçün icazə alırlar. Deyirəm ki, get məndən yaxşı oxu. Sən yaxşı ifa etsən, bu, mənim xeyrimədir. Bu yaxınlarda bir xanım ifaçı “Uçan quşlar”ı oxudu, amma istəməzdim bunu etsin. Onu sıradan bir mahnı kimi ifa etmək olmazdı. Sərdar Ortac “Nədəndir” mahnısını məndən yaxşı oxudu.

Cənubi Azərbaycandan bir-iki müğənni var, mənim mahnılarıma klip də çəkdirib. Baxdıqca ləzzət alıram. Vay o günə, mənim oxuduğumu bərbad hala salasan. Böyük sənətkarımız Brilliant Dadaşova “Uçan quşlar”ı ifa etmək üçün icazə aldı. Dedim qurbandır. Amma iki ildir oxumur. Başa düşdü ki, orada elə nüanslar var, onda alınmayacaq”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR