Müğənni Samir Cavadzadə atasından danışıb, kövrəlib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar”a açıqlamasında atasını belə xatırlayıb:

“Həyatda olmayan atam üçün çox darıxıram. Onun yeri hər zaman görünür. Evdə böyük oğlan olaraq ata əvəziyəm. Hər kəs bilir ki, ata gedəndə insanın arxasındakı dağ yox olur. Yaşı az olan biri üçün atanı əvəzləmək çətindir. Biz ata yanında uzanmamışıq, qoluqısa koftada gəzməmişik. O, otağa girəndə ayağa durmuşuq. Çox sevinirəm ki, belə bir ailədə böyümüşəm”.

S.Cavadzadə atasının onun sənətinə münasibətindən də bəhs edib:

“İlk vaxtlar deyirdi ki, "Estrada niyə? Get muğam oxu, xanəndə ol". Bunun üstündə münaqişəmiz olurdu. “Şeron”da oxuyandan sonra ifamı bəyəndi, qəbul etdi. Məndən çox sevinirdi. Başa düşdü ki, estrada da gözəl seçimdir”.