Bakı, 22 iyun, AZƏRTAC
Bu ilin may ayında “Şəmkir” Su Elektrik Stansiyası (SES) silsiləsi üzrə 217 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Bu göstərici üzrə istehsalın 153,8 milyon kilovat-saatı silsilənin birinci pilləsi sayılan Şəmkir SES-ə, qalanı isə Yenikənd SES-ə aiddir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən 5 ayda Şəmkir SES-də 368 milyon kilovat-saatdan artıq, Yenikənd SES-də isə 170,3 milyon kilovat-saat, ümumilikdə silsilə üzrə 538,3 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.
“Şəmkir” SES silsiləsi üzrə cari ilin son üç ayında avadanlığa texniki xidmət göstərilib. Xidmətlər yerli və zavod təlimatlarının tələblərində göstərilmiş normada icra olunur.