Müğənni Vasif Məhərrəmli "Region TV"də yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.
Tamaçılardan gələn "Kişilər arasında fərqlənməyə çalışırsınız, yoxsa qadınların xoşuna gəlmək istəyirsiniz?" sualına müğənni belə cavab verib:
"Təbii ki, əsl kişi olaraq, qadınların xoşuna gəlməyə çalışıram. Kişilərin niyə xoşuna gəlim ki mən? Hər bir normal kişi kimi qadının xoşuna gəlmək istəyirəm".
"Təklif gəlsə, Xocalı soyqırımı günü dünya ulduzları ilə birgə səhnəyə çıxarsınızmı?" sualı isə sənətçini bərk əsəbləşdirib:
"Bəzən məcbur oluram sərt danışmağa. Hərdən bəziləri özlərini çox ağıllı hesab edirlər. Güya ki, bunlar çox ağıllıdırlar. Mənə bu sual toxundu. Əslində məni nə söydü, nə də bir şey elədi. Siz çox vətənpərvərsiniz belə? Vətənpərvərik insanın daxilində olmalıdır. Əldə bayraq yelləmək vətənpərvərlik deyil. Bayraq insanın ürəyinin başında olmalıdır. Bu sual çox bəsit sualdır. 26 fevral Xocalı soyqrımında heç bir azərbaycanlı sənətçi səhnəyə çıxmaz. Təbii ki, buna heç kim razı olmaz. Nə demək istəyirsiniz? Bizi imtahana çəkirsiniz?"
Sevilən ifaçı bəzi verilişlərə, artıq qətiyyən çıxmayacağını bildirib:
"Hansısa verilişə getmədən öncə o veriliş haqda məlumat öyrənməyə çalışıram. O verilişdə məndən başqa kim olacağını öyrənmək istəyirəm. Amma hərdən telekanallar bizi aldadırlar. Bir verilişdə problem yaşandı, verilişi tərk etmək həddinə çatdım, amma getmədim. Verilişi də tərk edəndə arxanca min söz danışırlar. Amma bundan sonra məni o qızın verilişində görməyəcəksiniz. Hər gün mənə dəvət gəlir o verilişdən, amma mən getmirəm. Məni bir də o verilişdə görsəniz, ağzınıza gələni deyərsiniz".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

