Azərbaycanla Macarıstan Hökumətlərarası Komissiyanın növbəti iclasına dair müzakirələr aparıb - FOTO

Azərbaycanla Macarıstan Hökumətlərarası Komissiyanın növbəti iclasına dair müzakirələr aparıb - FOTO
18:22 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 18:19 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoranı qəbul edib.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə nazir Ş. Mustafayev ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin xüsusi rolunu vurğulayıb, Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini qeyd edib.

 

J. Çutora ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb, iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

 

Görüşdə Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin əhəmiyyəti qeyd olunub, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də əczaçılıq və tikinti sahəsində əməkdaşlığa, həmçinin Hökumətlərarası Komissiyanın növbəti iclasına dair müzakirələr aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR