Film dünyası haqda elə maraqlı faktlar və rekordlar var ki, saymaqla bitməz.

Bəzilərini isə çox az adam bilir.

Axşam.az Rusiya mediasına istinadən sizə onlardan bəzilərini təqdim edir.

Ən bahalı ssenari - "Xaç atası" filminin 173 səhifəlik, aktyor Marlon Brandoya təqdim olunan ssenarisi 2005-ci ildə 312 min dollara satıldı.

Filmlər haqda bilmədiyiniz faktlar və rekordlar - siyahı

"Oskar" alan ilk remeyk film - "Dönüklər" ("The Departed" 2006) filmi Çin istehsalı olan "İkiqat qalaqurma" (2002) filminin yenidn çəkilmiş variantıdır. Lakin originaldan fərqli olaraq "Dönüklər" "Oskar" mükafatını qazanıb.

Qısa müddətdə rekord kassa gəliri - "Forsaj 7" (2015) filmi premyeradan sonrakı 17 gün ərzində dünya kinoteatrlarında 1 milyard dollar gəlir əldə edib. Lakin bu yaxınlarda təqdim olunan "Yura dövrünün parkı" filmi bir həftə ərzində 512 milyon dollar qazanıb. Onun "Forsaj"ı keçəcəyi gözlənilir.

Filmlər haqda bilmədiyiniz faktlar və rekordlar - siyahı

Filmlər haqda bilmədiyiniz faktlar və rekordlar - siyahı
Ən bahalı film - "Karib dənizinin quldurları: dünyanın sonu" (2007) filmi 300 milyon dollara çəkilib. Gəliri isə 960 milyon dollar olub.

Ən bahalı film ayaqqabısı - "Oz - möcüzələr diyarı" (1939) filmində aktrisa Cudi Qarlendin geyindiyi ayaqqabılar 2000-ci ildə 666 min dollara satılıb.

Filmlər haqda bilmədiyiniz faktlar və rekordlar - siyahı

Ən gənc rejissor - Nepaldan olan 7 yaşlı Soqat Bista 2014-cü ildə "Səni sevirəm, ata" ("Love You Baba") adlı film çəkib.

Filmlər haqda bilmədiyiniz faktlar və rekordlar - siyahı

Ən uzun titrlı film- "Katiblər - 2" ("Clerks II) filminin sonunda 163.070 insanın adı yazılır.

Ən çox adam "öldürülən" film - "Üzüklərin hökmdarı: Kralın qayıdışı" (2003) filmində 836 obraz öldürülür. İkinci yerdə isə eyni filmin növbəti hissəsi gəlir: 468 qəhrəman.

Ən izdihamlı səhnə - "Qandi" (1982) filminin son səhnəsində 300 min insan var

Baş rolda oynayan ən yaşlı aktrisa - Lillian Qiş "Avqust balinaları" (1987) filmində oynayanda 93 yaşı var idi.

Filmlər haqda bilmədiyiniz faktlar və rekordlar - siyahı

Ən geniş miqyaslı döyüş səhnəsi - "Üzüklərin hökmdarı" filmində 200 min insan "döyüşür".

Filmlər haqda bilmədiyiniz faktlar və rekordlar - siyahı

Ən çox dağıntı olan təqib səhnəsi - "Xırdavatçı" ("The Junkman" 1982) filmində təqib səhnəsinin çəkilməsi üçün 150 nəqliyyat vasitəsi dağıdılıb. Onlar arasında 2 təyyarə də olub.

Filmlər haqda bilmədiyiniz faktlar və rekordlar - siyahı

Rəsmi soundtreki olan ilk film - Uolt Disneyin çəkdiyi "Ağbəniz və yeddi cırtdan" (1937).

Ən bahalı poster - 2005-ci ildə London qalereyasında "Metropolis" (1927) filminin original posteri 690 min dollara satıldı. Posterin müəllifi rəssam Haynz Şulç-Noydamdır.

Filmlər haqda bilmədiyiniz faktlar və rekordlar - siyahı

"Oskar" alan ən qısa adlı film - "Z" (1969)

Ən çox söyüş olan film - "And içmə" ("Swearnet" 2014) filmində 112 dəqiqədə 868 dəfə söyüş eşidilir.

Filmlər haqda bilmədiyiniz faktlar və rekordlar - siyahı

Hollivudda çəkilən ilk film - Rejissor D.V Qrifitin çəkdiyi "Köhnə Kaliforniyada" (1910)

Ən gəlirli idman filmi - "Rokki" (1976 -2006) filminin 6 hissəsi ümumilikdə 1 milyard 251 milyon dollar qazandırıb.

Filmlər haqda bilmədiyiniz faktlar və rekordlar - siyahı