Ötən gün Türkiyə Böyük Millət Məclisində (TBMM) 7 iyun parlament seçkisinin qalibləri and içərək rəsmən ölkənin 25-ci çağırış millət vəkili olublar. ANS PRESS-in məlumatına görə, Ədalət və İnkaşf Partiyasından (AKP) olan qadın millət vəkili Ravza Kavkçının hicabı hamının diqqətini cəlb edib. R. Kavakçı 16 il əvvəl böyük bacısı Mərvə Kavkçının TBMM-dən qovularkən başında olan hicabı geyinibmiş. Jurnalistlərin, bu başörtüsünü xüsusiləmi geyindiniz? – sualına Ravza Kavakçının cavabı “bəli” olub: “Bacım gəlmədi, dedim heç olmazsa başörtüyü burda olsun.”

Ravza Kavakçının geyimi də 16 il əvvəl bacısı Mərvə Kavakçının TBMM-dən qovularkən əynində olan geyimlə eyni olub.



Xatırladaq ki, Mərvə Kavakçı 1999-cu ildə “Fazilet” partiyasından millət vəkili seçilsə də hicabı səbəbindən Demokratik Sol Partiyanın (DSP) sədri Bülent Ecevitin çağırışı və digər partiyalardan olan millət vəkillərinin alqışlarla "bayıra" (sışarı) deyə tempo tutması ilə TBMM-dən qovulmuşdu.

Mərvə Kavakçının qovulmasını əks etdirən foto və video:
TBMM-də bacısının qovulduğu hicabla and içdi FOTO, VİDEO
TBMM-də bacısının qovulduğu hicabla and içdi FOTO, VİDEO
TBMM-də bacısının qovulduğu hicabla and içdi FOTO, VİDEO