[ 24 İyun 2015 09:56 ]
Bakı-APA. Beynəlxalq Bodibildinq və Fitness Federasiyası Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında bu sahə üzrə idmançıların iştirakı ilə bağlı yazı dərc edib.
APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, federasiya oyunları yüksək dəyərləndirib və Azərbaycan tərəfindən isti və səmimi qarşılandıqlarını qeyd edib. Saytda ötən həftənin sonu başa çatan bodibildinq yarışlarının təşkili və idmançılar barədə məlumatlar yer alıb, oyunlarla bağlı fotosessiya da yerləşdirib.