"Park Cinema" təkzib etdi

"Park Cinema" təkzib etdi
19:36 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Park Cinema” rəhbərliyi mətbuatda barələrində səsləndirilən fikirləri təkzib edib və 20 Yanvar günü heç bir kinokomediya nümayiş etdirmədiklərini bəyan edib.

"Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev ANS PRESS-ə verdiyi açıqlamasında bildirib ki, 20 yanvar günü kinoteatrda ümumiyyətlə komediya janrında film nümayiş olunmayıb:

"Park Cinema"da kinokomediya 17-18 yanvar tarixlərində nümayiş etdirilib və 20 Yanvar faciəsi ilə əlaqədar kinoteatrda kinokomediya nümayiş etdirilməyib. Və afişalardan da kinokomediyalar yığışdırılıb. "Xoxan" filmi də 20 Yanvarda nümayiş olunmayıb. 20 Yanvarda yalnız "Qanlı Yanvar" filmi nümayiş etdirilib".

Qeyd edək ki, bu gün mətbuatda 20 Yanvarda "Park Cinema"da kinokomediya nümayiş etdirildiyi barədə xəbər yayılmışdı.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR