Bakı, 24 iyun, AZƏRTAC
2015-2016-cı tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul olunan bakalavrların qeydiyyatı iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın elm və təhsil idarəsinin təhsil şöbəsində (Hüseyn Cavid pr.,115, birinci mərtəbə, otaq 153) aparılacaqdır.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, magistraturaya qəbul olunan bakalavrlar AMEA-da qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin əslini və surətini, bakalavr diplomunun əslini və surətini (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış), 4 ədəd fotoşəkili (3×4 sm), magistraturaya qəbul imtahanının nəticələri barədə məlumat sənədlərini təqdim etməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Əlaqə telefonu: 539-30-60, 492-84-48