Axşam.az “Milliyət”ə istinadən xəbər verir ki, orada qadınların hökmran olduğu bir cəmiyyət yaşayır. Alman fotoqraf Karolin Klüppel 9 ay birlikdə yaşadığı Hasi icmasının fotolarını çəkərək “Qadınlar krallığı” adlı sənədli film hazırlayıb.
Fotoları Berlin, Paris, Kölndə nümayiş etdirən Karolin Hasilərin maraqlı ənənələrindən də söz açıb. O, müsahibəsində bildirib ki, Hasi icmasında qız uşaqlarına xüsusi önəm verilir. İnanılmaz özünəgüvən hissi olan Hasi qızları sərbəst davranışları ilə seçilir.
Orada yalnız oğlu olan ailələr bədbəxt hesab edilir. Nəslin bütün var-dövləti ailənin kiçik qızına qalır. Uşaqlar analarının soyadını daşıyırlar. Toydan sonra isə bəy gəlinin evinə köçür.

















