“Qanlı Yanvar” Türkiyə mətbuatında (FOTO)

“Qanlı Yanvar” Türkiyə mətbuatında (FOTO)
20:56 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rejissor Vahid Mustafayevin 20 yanvar hadisələrindən bəhs edən "Qanlı yanvar" filmi ilə bağlı Türkiyə mətbuatı xəbərlər dərc edib.

ANS PRESS-in məlumatına görə, qardaş ölkə mətbuatında yer alan xəbərlərdə Vahid Mustafayevin rejissorluğu ilə ərsəyə gələn filmin möhtəşəmliyindən, yaradıcı heyətin peşəkarlığından və istedadlı aktyor heyətindən söz açılır.

Türkiyə mətbuatında yer alaan xəbərlərdə filmdə rol alan Türkiyənin tanınmış aktrisası Nəbahət Çehrə barədə məlumat verilir. Onun çəkdiyi roldan görüntülər yayımlanıb.

Qeyd edək ki, filmin təqdimatından sonra jurnalistlərin suallarını cavablandıran aktrisa Nəbahat Çehrə ana rolunu oynadığı üçün özünü xoşbəxt hiss etdiyini söyləyib. Ekran əsərinin müəllifi Vahid Mustafayev isə 63 gün içərisində çəkilən filmdə Türkiyə, İran, Rusiya və ABŞ kimi ölkələrdən aktyor və aktrisalar dəvət edildiyini, hər birinin vəzifəsinin öhdəsindən layiqincə gəldiyini vurğulayıb.

Qeyd edək ki, "Qanlı Yanvar" filminin bir sıra ölkələrdə numayişi və beynəlxalq festivallarda iştirakı gözlənilir.









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=321034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR