Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 2009-cu ildə dünyasını dəyişən ulduz haqqında indiyədək məlum olmayan faktlar üzə çıxıb. Mayklın ömrünün sonunadək cangüdənləri olmuş Bill Vaytfildlə Javon Börd onun haqqında kitab hazırlayıblar. Həmin kitaba əsasən, pop ulduzun həyatı haqqında indiyədək bilmədiyimiz faktlardan bəzilərini təqdim edirik:
1) Mayklın heç vaxt adları ilə çağırmadığı iki sevgilisi olub. Onlardan birini “Dost”, digərini “Çiçək” adlandırıb.
2) Uşaqlarına bağlı olsa da, öz ailəsi ilə münasibətləri yaxşı deyildi. 2007-ci ildə Bəhreyn və İrlandiyaya səfərlərindən sonra ailəsindən tamamilə uzaqlaşıb. Hətta bacısı Canet Ceksonla da münasibətini bitirib. Yalnız anası Katerina ilə xoş davranıb. Onu ziyarət edən qohumlarını evindən belə qovub.
3) Hər hansı otel otağı və ya konfrans zalına gedirdisə, orada mütləq gizli yerləşdirilmiş kamera olub-olmadığını yoxladırdı. Nədənsə şübhələnirdisə, dərhal otağını dəyişirdi. Mindiyi limuzinində belə hər dəfə axtarış aparılırdı. Mayklın bu davranışına 2003-cü ildə vəkili ilə danışığının gizli şəkildə yazılaraq mediaya təqdim edilməsi səbəb olmuşdu. Buna görə, belə məsələlərdə həssas idi.
4) Maykl uşaqlarına təkcə evdə öz adları müraciət edər, çöldə isə onları paparassilərdən qorumaq üçün üzlərinə maska taxardı. Qızı Parisə “Şahzadə”, oğlu Şahzadə Maykla isə “Blanket” deyirdi. Ailəsini hər zaman qorumağa çalışıb. Hazırda 13, 17 və 18 yaşları olan övladlarının hər birinin illik xərci 8 milyon dollar olub.
5) Maykl kitab həvəskarı olub. Bütün mövzularda olan kitabları oxuyurmuş. Los-Ancelesdə kitab mağazasında hətta 100 min dollarlıq kolleksiyanı belə alıb. O, həmçinin, kitab mağazalarından 5 min dollaradək vəsait alırmış.
6) Amerikalı futbolçu Oj Simpson həyat yoldaşını öldürməkdə ittiham edildiyi, lakin günahı sübuta yetirilmədiyi üçün sərbəst buraxıldığı zaman mediadan qaçmaq üçün Mayklın evində gizlənib.
7) Maykl ömrünün sonuna yaxın mediadan tamamilə uzaqlaşaraq, müsahibələr verib, verilişlərə çıxmaqdan imtina etmişdi. Onun kompüteri belə olmayıb. İnternet vasitəsilə nəyisə axtarmaq lazım olarsa, bunu onun üçün köməkçiləri edib.
8) Bir yerə səyahətə uşaqları ilə birlikdə gedirdisə, yollanacağı məkanlarda haqqında yayılan informasiyaların yer aldığı jurnal, qəzet, video-görüntü olmamasına çalışırdı. Oxuduğu yeganə qəzet “The Wall Street Journal” idi. Çünki digərlərində haqqında heç vaxt qəbul etmədiyi şayiələr yer alırdı.
9) Mayklın ən çox sevdiyi idman növü basketbol idi.
10) Haqqında uşaqları zorlaması ilə bağlı şayiələr yayıldıqdan sonra polis Mayklın yaşadığı evdə axtarış aparmalı olmuşdu. 2003-cü ildə baş vermiş həmin hadisədən sonra pop ulduz bir daha həmin evdə yaşamamış, uşaqları ilə birlikdə otellərdə, kirayə tutduğu evlərdə qalmağa başlamışdı. Hətta axtarışdan 5 il sonra yenidən həmin evə gedilən zaman bütün əşyaların polisin əvvəl qoyduğu kimi qaldığı görülüb.