"Biz son günlərdə Ermənistanda baş verənləri diqqətlə müşahidə edirik. Ümid edirik ki, bütün bunlar hüquq çərçivəsindən kənara çıxmayacaq. Sağlam düşüncəyə, erməni rəhbərliyinin müdrik addım atacağına ümid edirik. Əldə etdiyimiz məlumata görə, nümayişçilərlə hakimiyyət bütün bu məsələlərə görə hansısa bir güzəştli qərar tapacaq"- deyə Qriqori Karasin bildirib.
"Ona bel bağlayırıq ki, hər şey ikitərəfli razılıq təmin olunmaqla həll ediləcək. İrəvandan xəbərlər gözləyirik", - Karasin qeyd edib.
Kənardan vəziyyətin provokasiya olunması haqqında suala nazir müavini belə cavab verib: "Bunu sübut etmək lazımdır".
"Biz hər şeyi öyrənəcəyik və diqqətlə araşdıracağıq, amma belə tələsik nəticələr çıxardmaq olmaz", - deyə Karasin əlavə edib.