“Qəbələ”nin əvəzedici komandası növbəti yoxlama oyununda heç-heçə edib

“Qəbələ”nin əvəzedici komandası növbəti yoxlama oyununda heç-heçə edib
11:58 22 Yanvar 2015
172 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
“Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Klubdan AzərTAc-a bildiriblər ki, ilk sınağında Qazaxıstanın “Tobol” klubunun əvəzediciləri ilə üz-üzə gələn (0:2) Luis Araqonun komandası bu dəfə Almaniyanın 5-ci divizionunda mübarizə aparan “Freyberq”lə qarşılaşıb.
Matç 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Komanda oyuna qara sarğı ilə çıxıb.
Qarşılaşmada daha üstün olan “Qəbələ” ikinci hissənin əvvəlində - 50-ci dəqiqədə Ehtiram Şahverdiyevin qolu ilə hesabi açsa da, qələbəni qoruya bilməyib. Rəqib 70-ci dəqiqədə status- kvonu bərpa edib. Bu matçda vurulan son qol olub və əvəzedicilər Antalyadakı ikinci sınaqdan heç-heçə ilə ayrılıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR