Bakı, 29 iyun, AZƏRTAC
NIKOIL| Bank xidmət səviyyəsinin keyfiyyətini artırmaq məqsədilə yeni xidmət növünü təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, NIKOIL| Bankın müştəriləri hər hansı bir məhsul və ya xidmətlə bağlı təklif, irad və istəklərini 012 981 qısa nömrəsinə zəng edib, əlavə olaraq 8000 yığmaqla öz fikirlərini bildirə bilərlər. Səsli mesaj vasitəsilə edilən avtomatik qeydiyyatdan sonra bankın müraciətlərlə iş üzrə xüsusi qrupunun əməkdaşları bu və ya digər təklif, şikayət və iradlarla bağlı bütün müraciətlərə baxılma müddəti barədə müraciət edənləri geri zəng vasitəsilə məlumatlandıracaq. Qeyd olunan xidmət növü həftə sonlarını da nəzərə almaqla gün boyu fəaliyyət üçün nəzərdə tutulub.