Bakı, 29 iyun, AZƏRTAC
“PAŞA Həyat" sığorta şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, neft-qaz hasilatının inkişafına dəstək göstərən şirkətlərin birində çalışan işçinin baş vermiş bədbəxt hadisə zamanı xəsarət alması sığorta olunanın peşə əmək qabiliyyətinin 80 faizini itirməsi ilə nəticələnib. Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə zərərçəkmiş şəxsin ailəsinə 94,902 min manat həcmində birdəfəlik sığorta ödənişi verilib.