"Yuventus"un yarımmüdafiəçisi Andrea Pirlo "Nyu-York Siti"yə keçməyə yaxındı.
Metbuat.az-ın məlumatına görə, italyan futbolçu "Nyu-York Siti"nin yeni futbolçusu Frenk Lempardla birlikdə "Nyu-York Red Bulls"la oynanılan matçı birbaşa stadiondan izləyib.
Pirlo oyundan əvvəl meydana çıxıb və yeni komanda yoldaşlarıyla görüşüb. Xüsusilə də onun David Vilyayla qucaqlaşması diqqət çəkib.
Pirlonun gələn həftə "Nyu-York Siti"ylə müqavilə imzalayacağı gözlənilir.