Azərbaycan, Bakı, 30 iyun /Trend/

M.V.Lomonosov adına MDU-nun İqtisadiyyat fakültəsi (MDU İF) magistraturaya ödənişli əsaslarla qəbul keçirir.

Trend-in məlumatına görə, hər bir proqramın ətraflı təsviri və magistraturaya qəbul qaydaları http://www.econ.msu.ru/entrance/masters saytında yerləşdirilmişdir.

M.V.Lomonosov adına MDU-nun Bakı filialı və MDU İqtisadiyyat Fakültəsinə güzəştli təhsil üçün müsabiqə elan edir.

Müsahibənin nəticələri əsasında seçiləcək 10 nəfər üçün magistraturaya imtahanların verilməsi müddətinə yataqxanada qalma xərcləri MDU İF tərəfindən ödəniləcəkdir. Daha sonra, magistraturaya qəbul imtahanları müvəffəqiyyətlə verildiyi halda, ən yaxşı nəticə əldə edən 5 nəfərə yaşayış və MDU İF-də təhsil xərclərinin ödənilməsi üçün qrant ayrılacaqdır. Müsahibə M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektorunun əmri ilə yaradılmış komissiya tərəfindən aparılacaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (siyahı aşağıda verilir) 27.06.2015 tarixindən 02.07.2015 də daxil olmaqla, iş günləri saat 10.00-dan 17.00-dək bu ünvana təqdim etməlidirlər: AZ 1143, Bakı şəhəri, Xocasən qəsəbəsi, Universitet küçəsi 1.

Müsahibə 03 iyul 2015-ci il 14.00-da başlanacaqdır.

Sənədlərin siyahısı:

1. M.V.Lomonosov adına MDUnun Bakı filialının rektorunun adına seçilmiş müsahibə proqramı göstərilməklə ərizə (ixtiyari formada).
2. MDU İF magistraturasının seçilməsi səbəblərini göstərməklə motivasiya məktubu.
3. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun surəti (qiymət cədvəli ilə birlikdə; cari ilin məzunları üçün – zaçot kitabçasından çıxarış).
4. Şəxsiyyət vəsiqəsinin surəti (orijinalı da gətirmək şərtilə).

Əlaqə telefonu: (+99412) 598-93-19.
E-mail: info@msu.az

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az