[ 02 İyul 2015 00:58 ]


Bakı-APA. İrana qarşı sanksiyalar probleminin həlli variantlarından biri BMT Təhlükəsizlik Şurası tərəfindən müddəti hər 6-12 aydan bir uzadılacaq İrana qarşı sanksiyaların müvəqqəti ləğv edilməsi haqqında qətnamənin qəbul olunmasıdır.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə İrandakı diplomatik mənbə bildirib. “Bu hazırda danışıqlar masası üzərindəki variantlardan biridir”, deyə o bildirib.

Mənbə sözlərinə görə, tərəflər müxtəlif variantlar təklif edib: “Rusiya öz təkliflərini, biz isə öz təkliflərimizi irəli sürmüşük, onların hamısı hazırda danışıqlar masası üzərindədir”.

Bununla belə diplomat qeyd olunan məsələ ilə bağlı prinsipial yekun razılığın hələlik əldə olunmadığını vurğulayıb.