Azərbaycan, Bakı, 2 iyul /Trend/

Bakı Dövlət Universiteti (BDU) Yaponiya şirkəti ilə yeni cihazların alınması ilə bağlı razılığa gəlib. Bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumatda bildirilir.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın Tokio Boeki şirkətinin prezidenti Keiji Takigava və Ukrayna ofisinin icraedici direktoru Aleksey Şpakı qəbul edib.

Görüşdə universitet və Tokio Boeki şirkətinin əməkdaşlığından bəhs edilib. Məlum olub ki, BDU bu şirkətin ümumi dəyəri 1200000,0$ civarında yüksək ayırdetmə qabiliyyətinə malik skanedici elektron mikroskopu və stolüstü rentgen difraktometrini alıb və yeni yaradılan Yuksək Texnologiyalar Mərkəzi üçün yeni avadanlıqların alınmasını da nəzərdə tutur.

Görüşdə fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və beynəlxalq əlaqələr departamentinin rəhbəri Gülheyran Rəhimova da iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az